Şimali Koreyanın nüvə silahının miqdarı açıqlandı Dünya

Şimali Koreyanın nüvə silahının miqdarı açıqlandı

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahının istehsalı üçün elmi və sənaye bazasını davamlı olaraq inkişaf etdirir. Bunu Rusiyanın Strateji raket təyinatlı qüvvələrin (RVSN) baş ştabının keçmiş müdiri general-polkovnik Viktor Yesin ABŞ və Şimali Koreya liderlərinin görüşü ərəfəsində "İnterfaks" agentliyinə bildirib.
"Hazırda Koreya Xalq Demokratik Respublikası 30-35 nüvə hərbi yükünə, həmçinin bir neçə istilik-nüvə yükünə malik ola bilər. Koreya Xalq Demokratik Respublikasının nüvə silahı kompleksi ildə 7 nüvə hərbi yükünə qədər etmək gücündədir. İllik imkanlar yaxın vaxtlarda 10 nüvə hərbi yükünə qədər arta bilər", - general dəqiqləşdirib.
Yesin hesab edir ki, Şimali Koreyanın nüvə probleminin həlli üçün, hər şeydən əvvəl Koreya yarımadasında gərginliyi azaltmaq lazımdır. "Bu yolda ilk addım Koreya Xalq Demokratik Respublikasında nüvə və raket sınaqlarının dayandırması və iri həcmli Amerika-Cənubi Koreya təlimlərinin keçirilməsindən imtinadır. "İkiqat dondurulma" sonrakı konstruktiv dialoq üçün şərtlər yarada bilər. Danışıqların formatı şərtlərsiz və hərtərəfli olmalıdır", - general deyib. O xəbərdarlıq edib ki, əks təqdirdə Koreya Xalq Demokratik Respublikasının silahlanmasında 2-3 il sonra qitələrarası ballistik raketlər ola bilər.