Britaniya Atlantika uğrunda mübarizədə aktivləşir Dünya

Britaniya Atlantika uğrunda mübarizədə aktivləşir

Britaniya Şimali Atlantikadakı hərbi mövcudluğunu artırmaq niyyətindədir. Bunu "Skay Nyus"a müsahibəsində Britaniya Kral Donanmasının rəhbəri admiral Filip Cons deyib. Onun sözlərinə görə, London bu qərar aRusiyadan artan təhdidə görə gəlib. O, Britaniya Hərbi Dəniz Donanmasının ambisiyalarının ciddi problemlərlə üzləşə biləcəyini deyib: "Şimali Atlantika bizim üçün prioritet region olacaq. Burada birgə əməliyyatlar üçün yeni rayonlar yaradılacaq. Bu isə hərbi gəmilər və təyyarələrə tez-tez əməliyyatlar keçirməyə imkan verəcək. Biz bu addımı Rusiya donanmasının hərbi potensialı və miqyasının böyüməsinə cavab olaraq atırıq".
Qeyd edək ki, Britaniya Arktikanın araşdırılmasına başlayacağını da bəyan etmişdi.