Medvedev Poroşenkonu təhdid edib Dünya

Medvedev Poroşenkonu təhdid edib

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada baş verənlərə görə məsuliyyəti şəxsən prezident Pyotr Poroşenkonun üzərinə qoyub.
Rusiyanın baş naziri özünün "Facebook" səhifəsində Ukraynada baş verənləri belə şərh edib: "Atəşkəsi pozaraq prezident Poroşenko böyük səhvə yol verib. Bu yalnız qurbanların sayını artıracaq. Buna görə məsuliyyət isə artıq şəxsən onun üzərindədir".
Medvedev həmçinin qeyd edib ki, Poroşenkonun hərəkətləri danışıqlara qayıdışı çətinləşdirir, Rusiya və Ukrayna arasında münasibətləri mürəkkəbləşdirərək bir sıra məsələlər üzrə əməkdaşlığı mümkünsüz edir.