Çin və öz küllərindən yenidən doğan Rusiya güc yığmağa başladığı bir dönəmdə ABŞ-da demokratiya çiçəklənmənin monopoliyasını məhv edir. Bu sözlər ABŞ-ın eks-prezidenti Ronald Reyqanın keçmiş müşaviri, Respublikaçılar Partiyasındakı ifrat sağın əsas ideoloqlarından Patrik Byukenenin "Amerikan Konservativ" jurnalında dərc edilən məqaləsində yer alıb.
"Demokratiya güclü və çiçəklənən dövlət monopoliyasını itirir. Rusiya kimi dövlət sübuta yetirdi ki, əsaslarına qədər məhv edilən supergüc küllərindən doğulub, yenidən özünə hörmət tələb edə bilər. Müasir Çin də sübut etdi ki, birpartiyalı rejimlə supergüc olmaq olar. Onlar sübut etdilər ki, demokratik quruluş iqtisadi inkişaf üçün heç də məcburi öhdəlik deyil. Belə lənətlənmiş ciddi dünyada biz qeyri-ciddi ölkəyə çevrilmişik. ABŞ Prezidenti Donald Trampa qarşı təzyiqlər öz apogeyinə çatıb. Hər gün elitada onun hakimiyyətini necə devirəcəyi və həbsə göndərəcəyi haqqında diskussiyalar aparılır.
Dünyada demokratiyanın gerilənməsinin səbəblərindən biri də məhz ABŞ-dır. Onun etalonu getdikcə II Dünya müharibəsindən öncəki Fransaya bənzəyir. Artıq təsdiq etmək lazımdır ki, dünya transmillilikdən tayfaçılığa, müxtəliflikdən etnomillətçiliyə doğru hərəkət edir. Müxtəlifliyə tələb getdikcə azalır", – deyə o bildirib.