25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
9 Dekabr 2019 11:36
2 856
Dekabrın 9-da ABŞ-ın “Dragon” yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib. Birləşmə prosesi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin saytında canlı yayımlanıb.
Məsafədən idarə edən manipulyator vasitəsilə yük gəmisi “Harmony” modulunda şlüzə yaxınlaşdırılıb və onunla birləşib. “Dragon”un manipulyatorla birləşdirilməsi əməliyyatını Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Luka Parmitano yerinə yetirib. NASA-nın astronavtı Endryu Morqan ona kömək edib, digər amerikalı astronavt Cessika Meir isə telemetrik informasiya üzrə nəzarəti həyata keçirib.
“Dragon” yük gəmisi ötən cümə axşamı Kanaveral burnundakı kosmodromdan “Falcon-9” raketdaşıyıcısı ilə kosmik fəzaya buraxılıb. Onun göyərtəsində 2,5 ton yük, o cümlədən 38 elmi-tədqiqat eksperimenti üçün 998 kiloqram çəkisində çoxkanallı spektr, mikroqravitasiya şəraitində yanma prosesinin öyrənilməsi cihazı, orbital uçuş şəraitində astronavtların əzələlərinin vəziyyətini tədqiq etmək üçün tibb aparatı, pivə bişirmək üçün eksperiment avadanlığı, habelə RiTS (Robot Tool Stowage) - “robotlar üçün otel” platformasının Beynəlxalq Kosmik Stansiyanın yuxarısında yerləşdirmək üçün qurğu var. Robot qurğusu açıq kosmosda astronavtlar tərəfindən idarə olunacaq. Yük gəmisi yanvarın ilk günlərinədək Beynəlxalq Kosmik Stansiyaya tam birləşəcək, sonra isə Yerə qayıdacaq.
“Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya indiki uçuşu NASA-nın Beynəlxalq Kosmik Stansiyaya yük çatdırılması kommersiya proqramı üzrə 19-cu buraxılışıdır. Uçuş üçün artıq iki dəfə - 2014-cü və 2017-ci illərdə stansiyaya göndərilmiş kapsuldan istifadə olunub.
26 İyul 16:18
910
26 İyul 13:46
1 036
26 İyul 13:46
966