Ahıska türklərinin qayıdışına əngəllər Dünya

Ahıska türklərinin qayıdışına əngəllər

Maya Pancikidze: "Ahıska türklərinin ikili vətəndaşlığı ilə bağlı mübahisələr Avropa Birliyinin köməyi ilə həll olunacaq"

Artıq minə yaxın Ahıska türkü Gürcüstandakı tarixi vətənlərinə geri qayıdıb. APA-nın qərb bürosunun xəbərinə görə, bunu Gəncə şəhərində azərbaycanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib.
Ahıska türklərinin Gürcüstana qayıtmasına əngəllərdən söz açan nazir deyib ki, ikili vətəndaşlıqla bağlı müəyyən mübahisəli məsələlər var: "Bu məsələlər isə Avropa Birliyinin köməyi ilə həll olunacaq".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib.