"Prezident okeanın o tayında qətiyyətli və "sarsılmaz" nitqlər söyləyir" Dünya

"Prezident okeanın o tayında qətiyyətli və "sarsılmaz" nitqlər söyləyir"

"Görünür, Vladimir Zelenskinin ritorikasındakı dəyişikliklə bağlı, hətta ehtiyatlı olsa belə, çıxardığım qənaətdə dünən bir az tələsmişəm. Çox güman ki, o, Trampa məhz onun eşitmək istədiyi fikri — müharibənin qış düşməzdən əvvəl bitməli olduğunu çatdırmağa çalışırdı. Bununla belə, "çürük" bir kompromisin məngənəsində qalan liderimiz çətin vəziyyətdədir. Məhz buna görə də o, BMT Baş Assambleyasındakı çıxışı zamanı öz əvvəlki mövqeyinə güclü və güzəştsiz şəkildə qayıtmaq qərarına gəldi".

Bunu xalqcebhesi.az-a Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı rəsmi Moskvaya xəbərdarlıq edib:

"Əgər tərəflər soyuqlar düşməzdən əvvəl enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə edə bilməsələr, Ukrayna Rusiyaya cavab zərbələri endirəcək və qarşıdan gələn qış Rusiya üçün daha çətin keçəcək.

Bilous deyib ki, D.Tuskun da dəstəyi ilə özlərinin oxşar miqyaslı itkilərini "unudaraq", düşmənin bu il 248 min nəfərlik itki verdiyini qeyd edən Ukrayna lideri, "General Qış"ın bu il Ukraynanın tərəfində olacağına dair ümidini ifadə etdi: "Təbii ki, buna heç bir şübhəm yoxdur: Zelenski Moskvaya qarşı hücumlarını səhv hesablayan Napoleon və ya Hitderdən qat-qat daha qüdrətli hökmdar və sərkərdədir. Bu dəfə moskvalıları elektrik enerjisinin kəsilməsi və digər bütün fəlakətlər gözləyir. Biz qalib gələcəyik! Lakin hələ qış gəlməyib; buna baxmayaraq, məhz Kiyevdə — Moskvada deyil — gecə-gündüz hava həyəcanı siqnalları səslənir, partlayışlar və dağıntılar baş verir, prezident isə okeanın o tayında qətiyyətli və "sarsılmaz" nitqlər söyləyir".

Cavid