“Rus diplomatiyası Avropa üzərində qələbə qazandı” Dünya

“Rus diplomatiyası Avropa üzərində qələbə qazandı”

Politoloq: "Ukraynanın şərqində yaradılan uzun müddətli münaqişə Rusiyanın nəzarətində olacaq"

"Ukrayna atəşkəs haqqında müqaviləni imzalamaqla faktiki olaraq Krımı itirdi". Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı öz Feysbuk səhifəsində çıxış edib.
O, rus diplomatiyasının Avropa üzərində qələbə qazandığını bildirib: "ATƏT-in Ukrayna ilə əlaqədar yayımladığı son anlaşmadan çıxardığım nəticələr belədir. Ukrayna məsələsində Avropa və ABŞ heç də ortaq hərəkət etmədilər, Rusiya diplomatiyası Avropa ölkələrindən daha uğurlu oldu. Bir il sonra Rusiyaya qarşı olan hücumlar sona çatacaq, Ukraynanın şərqində yaradılan uzun müddətli münaqişə Rusiyanın nəzarətində olacaq. Ukraynanın isə uzunmüddətli daxili problemləri ucbatından nə NATO, nə də Avropa İttifaqına girmək şansı olacaq. Ukrayna bu müqaviləni imzalamaqla faktiki olaraq Krımı itirdi. ABŞ-ın tabeliyinə girməyi təklif edən mütəxəssislər, indi Ukraynanın gələcəyinin nə olacağını açıqlayın".