NATO müharibə zamanı aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər
Komitə sədri: Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi çətinliklər yarada bilər
Rəsmi Bakı: Azərbaycan Dublində Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Türkiyə rəsmiləri Ermənistanla sərhəddə dəmir yolu tikintisinin gedişatını yoxlayıb
12:51
168
Türkiyənin Qars vilayətinin Akyaka rayonunun rəhbəri İsmail Dəmirtaş Qars Vilayət Ümumi Məclisinin sədri Fuad Arslanla birlikdə Ermənistan-Türkiyə sərhədində yerləşən dəmir yolu sahəsinə baş çəkərək aparılan işlərlə tanış olub.
Bu barədə “HeberTurk” məlumat yayıb.
İsmail Dəmirtaş tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsindən layihənin hazırkı vəziyyəti, görülən işlər və icra prosesi barədə məlumat alıb. O, həmçinin ərazidə davam edən işləri izləyib və məsul şəxslərlə müzakirələr aparıb.
Məlumata görə, dəmir yolu xəttinin və Akyaka sərhəd-keçid məntəqəsinin istismara verilməsinin Akyaka rayonunda ticarətin, iqtisadiyyatın və nəqliyyat əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu noyabrın 10-da Ermənistanla sərhəddə həm dəmir yolu, həm də avtomobil keçid məntəqələrinin açılması üçün hazırlıqların başa çatdığını açıqlamışdı. O, prosesin Azərbaycan üçün mühüm məsələləri nəzərə alan razılaşma əldə olunacağı təqdirdə, qısa müddətdə reallaşa biləcəyini bildirmişdi.