Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
9 Dekabr 21:32
9 Dekabr 18:45
9 Dekabr 14:14
"Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiyadan şikayət edib. Paşinyan ötən gün Lukaşenkoya zəng edib və deyib ki, Rusiya öz qazını Ermənistana baha qiymətə satır. Lukaşenko Paşinyanın bu dərdinə şərik çıxaraq "Rusiya bizə də qazı baha satır" deyib. Paşinyan və Lukaşenko Rusiya qazının qiymətinin həddən artıq şişirdildiyini bildiriblər". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, hər iki lider düşünür ki, əgər dünyada neftin qiyməti enibsə Rusiya onlara satdığı qazın qiymətini endirməlidir: "Beləliklə, Paşinyan və Lukaşenko Rusiya prezidenti Vladimir Putinin arxasınca danışırlar. Belarusa və Ermənistana qazı Rusiyanın "Qazprom" şirkəti satır. Hamıya bəllidir ki, qazın qiymətini bu şirkət deyil, birbaşa Putin müəyyənləşdirir. Lukaşenko ilə Paşinyanı özlərindən çıxaran odur ki, Belarus və Ermənistan Rusiyanın bölgədə faktiki iki vassalı olduğu halda Moskva nədən bu iki dövlətə qazı Avropa dövlətlərinə satdığı qiymətə satır. Daha anlamırlar ki, bu iki dövlət elə vassal olduğuna görə Kreml onlarla istədiyi kimi davranır".