11 İyul 18:36
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirdi - FOTO/ VİDEO
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
17 Aprel 2020 18:12
2 436
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ittiham edib.
Bu barədə ABŞ Prezidenti "Twitter"də bildirib.
“Niyə ÜST dekabrın sonlarında Tayvan səhiyyə rəsmiləri tərəfindən koronavirusun insanlar arasında ötürülə biləcəyi ehtimalı barədə göndərilən meyli görməməzliyə vurub? Niyə virusun qlobal miqyasda yayıldığı yanvar və fevral aylarında ÜST koronavirusla bağlı səhv və ya yanlış iddialar irəli sürdü? Niyə ÜST qətiyyətli hərəkət edənə qədər gözlədi?”, - deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti daha əvvəl bir neçə dəfə ÜST-ü tənqid edib və bildirib ki, onun ölkəsi ÜST-ə maliyyə dəstəyini dayandırır.