ABŞ İrana qarşı zərbələr seriyasını başa vurub
15 İyul 16:06
15 İyul 16:06
15 İyul 13:22
19 May 2020 13:15
2 275
“ABŞ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır”.
"Guardian"ın verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan deyib.
O bildirib ki, ABŞ öz səriştəsizliyindən diqqəti yayındırmaq üçün Pekinə qara yaxır.
Ç. Litszyan qeyd edib ki, ÜST-ə maliyyə yardımını vaxtında ödəmək təşkilata üzv olan hər bir ölkənin borcudur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ün baş direktoru Tedros Adanom Gebreisusa məktub ünvanlayıb. D. Tramp 30 gün ərzində beynəlxalq təşkilatda islahatlar aparılmayacağı təqdirdə, ABŞ-ın ÜST-ə üzvlük məsələsinə yenidən baxılacağını və təşkilata müvəqqəti maliyyə dəstəyinin dayandırılmasının daimi olacağını bildirib.
15 İyul 22:25
924
15 İyul 22:10
882
15 İyul 22:01
917