SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
7 İyul 2020 11:06
2 912
Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 6% azalaraq 11 illik minimuma enəcəyini proqnozlaşdırır.
Bu barədə Dünya Bankının dərc etdiyi hesabatda deyilir.
Qeyd olunur ki, kəskin azalmanın əsas səbəbləri kimi, COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu zərər və neftin qiymətinin aşağı olması göstərilir. Bədbin ssenariyə əsasən, bank Rusiyada ÜDM-in 9,6% azala biləcəyini gözləyir. 2021-ci ildə ölkədə ÜDM istehsalının 2,7%, 2022-ci ildə isə 3,1% artacağı bank tərəfindən güman edilsə də, bu artımın pandemiyadan əvvəl qeydə alınan templərə çatmayacağı gözlənilir.
Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,8% azalacaq.