Gürcüstanda açıq havada mədəni tədbirlərin keçirilməsinə icazə veriləcək Dünya

Gürcüstanda açıq havada mədəni tədbirlərin keçirilməsinə icazə veriləcək

Gürcüstanda açıq havada mədəni tədbirlərin keçirilməsinə qoyulan qadağa iyulun 13-də ləğv ediləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
O qeyd edib ki, qərar yerli turizmin inkişaf etdirilməsi məqsədi ilə qəbul edilib.