27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
30 Dekabr 2020 09:23
1 547
“ABŞ mütəxəssislər çərşənbə axşamı Kolorado ştatında ilk dəfə koronavirusun "Britaniya" variantına (COVID-19 B.1.1.7) yoluxma aşkar ediblər.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis açıqlamasında bildirib.
Qubernator deyib ki, yoluxan şəxs təqribən 20-29 yaş aralığında olan kişidir: “O, təcrid olunub. Səlahiyyətli orqanların məruzələrinə görə, yoluxmuş şəxs son vaxtlar uzun səfərlər etməyib”.
J.Polis yeni COVID-19 variantı haqqında hələ çox şey bilmədiklərini, lakin daha sürətlə yayılmasına dair məlumatlı olduqlarını söyləyib.
Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 19,4 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 336,9 mindən çox xəstə ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.
27 Dekabr 17:25
1 428
27 Dekabr 16:15
1 519
27 Dekabr 14:48
1 400