“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
8 Yanvar 2021 10:03
1 757.jpg)
ABŞ-da son illər baş verən hadisələrin sistemli təhlilini aparsaq, müxtəlif səpkili anti-demokratik tendensiyaların getdiyini görə bilərik.
Xüsusən Obama hakimiyyətinin dövründən başlayaraq polis zorakılığı fonunda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulma meyilləri müşahidə olunmaqdadır.
Bunu politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli qeyd edib ki, Ağ Ev sahibləri bunu inkar etsələr, yaxud da müxtəlif yollarla real faktları ört-basdır etməyə çalışsalar da, qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla əlaqədar mütəmadi olaraq baş qaldıran geniş sosial etirazlar, habelə etirazçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması Amerika cəmiyyətində adi hala çevrilib:
“Üstəlik, bu kimi mənfi hallar həm demokrat, həm də respublikaçı prezidentlərin hakimiyyətləri dövründə müşahidə olunub. Seçki institutuna olan inamsızlıq isə 2015-ci ildən etibarən formalaşmağa başlamışdı. Həmin il keçirilmiş prezident seçkilərində nəticələrin şübhə altına alındığının və səsvermə prosesinə kənar müdaxilələr haqqında iddiaların gündəmə gətirildiyinin şahidi olduq.
Bu inamsızlıq və şübhələr nəhayət dünən etibarilə insanların küçələrə axışaraq etiraz nümayişi keçirməsi ilə nəticələndi. Bu məntiqi sonluq əslində gözlənilən idi. Xüsusən sonuncu prezident seçkilərindən sonra səsvermənin nəticələri ilə bağlı D.Tramp və tərəfdarlarının iddiaları, hətta seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması barədə ölkə başçısının irəli sürdüyü arqument bir çox ekspertlər tərəfinədən Amerika demokratiyasının artıq iflas həddində çatması kimi səciyyələndirilirdi. Əgər dövlət başçısı və sayılıb-seçilən ekspertlər seçkilərin nəticələrini şübhə altına salan bəyanatlarla çıxış edirlərsə, deməli, küçə iğtişaşları qaçılmaz hala gəlir”.
Politoloqun sözlərinə görə, böyük ehtimalla, Co Bayden yanvarın 20-dən etibarən prezident postunda rəsmi fəaliyyətə başlayacaq, ancaq bu gün baş verənlərin zamanla daha kəskin xarakter alacağı və daha böyük miqyasda fəsadlara səbəb olacağı şübhəsizdir. O qeyd edib ki, bu gedişat həm də ABŞ dövlətinin fundamental əsaslarını sarsıdaraq onu sahib olduğu qlobal nüfuz və gücdən məhrum edə bilər.