“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
17 Fevral 2021 10:15
1 491
Özbəkistan və Koreya Respublikası arasında kosmosun tədqiqi üzrə birgə işçi qrupu yaradılıb.
AZƏRTAC Özbəkistanın “Dünya” agentliyinə istinadla xəbər verir ki, Özbəkistanın İnformasiya Texnologiyaları Nazirliyi, “Özbəkkosmos” Agentliyi ilə Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi və bu ölkənin “Si Imaging Services” Aerokosmik Agentliyi arasında bu istiqamətdə bir neçə görüş keçirilib və əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb.
Özbəkistan bu məsələ ilə bağlı Rusiya ilə də əlaqələri genişləndirir. Belə ki, ötən il Özbəkistan və Rusiya arasında kosmosdan sülh məqsədi ilə istifadə üçün hökumətlərarası sənəd qəbul olunub.