“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
18 Fevral 2021 09:57
3 066
"Türkiyə 2015-ci ilin iyulundan bu günə qədər 17 750 terrorçunu zərərsizləşdirib".
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti üzvləri ilə keçirdiyi toplantıdan sonrakı açıqlamasında bildirib.
R.T.Ərdoğan deyib ki, bu mübarizədə 12 900 terrorçu məhv edilib, 1300-ü yaralanıb, 1300-ü sağ olaraq ələ keçirilib, 243-2 isə təslim olub.
Türkiyə prezidenti deyib ki, indiyədək ölkəsinin daxilində və xaricində terrorçulara qarşı aparılan mübarizə əməliyyatlarında ümumilikdə 1259 nəfər şəhid olub: “Onlardan 401-i hərbici, 403-ü jandarma, 116-sı təhlükəsizlik mütəxəssisidir. Bu mərhələdə 770 vətəndaşımız həyatını itirib, 5 mindən çox insanımız yaralanıb. Buradan rəqəm olaraq səsləndirdiyimiz hər bir şəhidimizin, qazimizin, hətta terrorçuların belə canlı insan olduğunu, onların həyatından söhbət getdiyini əsla unutmuruq. Bizim əlimiz heç bir günahsızın qanına batmayıb. Mədəniyyətimizin təməlində insanı yaşat ki, dövlət yaşasın anlayışı var. Terrorla mübarizə məsələsi gündəlik polemikalardan yüksəkdə durması lazım və vacib olan milli məsələdir”.