Rusiya və Türkiyədən dollara zərbə Dünya

Rusiya və Türkiyədən dollara zərbə

Ticarət rubl və lirə ilə aparılacaq

Qərbi Aralıq dənizi İxracatçılar Birliyinin (BAİB) rəhbəri Mustafa Satıcı Rusiyada yaşanan böhranın Türkiyə ixracatına da mənfi təsir göstərdiyini, maliyyə nazirliyi ilə bu yöndəki problemlərn aradan qaldırılması üçün bir sıra işlərin görüldüyünü bildirib.
Mustafa Satıcı keçirdiyi mətbuat konfransında 2014-cü ilin nəticələrini və 2015-ci il üçün nəzərdə tutulan addımlardan danışıb.
Türkiyənin ən çox ixracatı olan ölkələrin Rusiya, Çin, Almaniya, Ukrayna və Bolqarıstan olduğunu vurğulayan Satıcı 2014-cü ildə baş vermiş böhranın Rusiyaya ixracatın 1,3 % azaldığını bildirib.
Satıcı maliyyə nazirliyi rəsmiləri ilə Rusiya və Türkiyə arasındakı ticarətin rus rublu və türk lirəsi ilə aparılması sahəsində bir sıra işlərin görüldüyünü bildirib.
O bildirib ki, yekun qərar iki ölkənin maliyyə nazirliklərini təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə Antalyada keçiriləcək görüşdə veriləcək.
Tədbirdə Rusiyanın Türkiyə ilə ticarət əlaqələrinin qarşısındakı maneələrin aradan qaldırılması üçün mümkün olan bütün tədbir müzakirə olunacaq.