“Qərb mediası Rusiya barədə yalan yazır” Dünya

“Qərb mediası Rusiya barədə yalan yazır”

"NATO SSRİ-nin dağılması və Varşava Müqaviləsi Təşkilatının ləğvindən sonra fəaliyyətini dayandırmalı və ya azaltmalı idi".
Bu açıqlama ilə Avropa Parlamentinin sabiq üzvü, tanınmış italyan siyasətçi və jurnalist Culietto Çieza çıxış edib. Sabiq deputat NATO-nun fəaliyyətinin Avropaya zərər verdiyini bildirib: "NATO SSRİ-nin dağılması və Varşava Müqaviləsi Təşkilatının ləğvindən sonra fəaliyyətini dayandırmalı və ya azaltmalı idi. Amma bu təşkilat gözlənildiyinin əksinə olaraq, daha da genişlənməyə çalışdı. NATO artıq öz sərhədlərini Rusiyaya doğru irəlilədib. Hazırda Rusiya ilə NATO arasında Ukrayna ilə bağlı qarşıdurmalar hər gün daha da şiddətlənir və NATO hələ də şərqə doğru genişlənmək strategiyasında qalır. NATO Ukraynanın şərqində öz hərbi bazalarını gücləndirir. Qərb mediası Rusiyanın Ukraynaya hücumları barədə elə reportajlar yayımlayır ki, hamı bunların gerçək olmadığını bilir. Bir çox ölkə, o cümlədən İtaliya NATO ilə razı deyil".