13:06
672
Böyük Britaniya bu məqsədlər üçün ayrılan vəsaiti milli ümumi gəlirin (MÜG) 0,5%-dən 0,3%-nə qədər ixtisar etməsi nəticəsində bir sıra Afrika ölkələrinə, eləcə də Suriyaya birbaşa iqtisadi yardımı 40%-dən çox azaldacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
London bu qərarı müdafiə və təhlükəsizliyin möhkəmləndirilməsinə vəsait yönəltmək məqsədilə qəbul edib. Nəşrin məlumatına görə, ümumilikdə Britaniyanın Afrika və digər dövlətlər üçün proqramlara ayırdığı yardımın həcmi 43% azalaraq 2024-2025-ci maliyyə ilindəki (martın 31-də başa çatıb) 3,14 milyard funt sterlinqdən ($4,24 milyard) 2028-2029-cu ildə 1,79 milyard funt sterlinqə ($2,42 milyard) enəcək.
Bu addım ən çox Syerra-Leone (83% azalma), Somali (49%) və Cənubi Sudan (46%) kimi Afrika ölkələrinə təsir edəcək. Suriyaya yardım 55%, Əfqanıstana isə 39% azalacaq.
Məryəm Quliyeva