Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
15 Mart 2021 15:06
2 793
İranda son vaxtlar bəzi ərzaq məhsulları, toyuq əti və kənd təsərrüfatı məhsullarının bahalaşması ilə əlaqədar kənd təsərrüfatı naziri Kazım Xavazi və sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni Ali Audit Məhkəməsinə çağırılacaq.
Trend-in məlumatına görə, bu, İranın Ali Audit Məhkəməsinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilir ki, İran bazarında məhsulların paylanması və strateji əhəmiyyət daşıyan məhsulların qiymətlərinin bahalaşması ilə əlaqədar yaranan problemlərə dair İranın Ali Audit Məhkəməsinin sədrinin başçılığı ilə həmin nazirlərin müavinlərinin iştirakı ilə iclas keçirilib və nazir müavinlərinin bahalaşma ilə bağlı açıqlamaları qənaətbəxş olmayıb.
Qeyd edək ki, İranın Statistika Mərkəzinin məlumatına əsasən ötən ay İranda toyuq əti ötən ilin eyni dövrü ilə müqayisədə 77,1%, şəkər 68,8%, qoyun əti isə 35% bahalaşıb.