Türkiyədə bütöv bir kəndi əhatə edən yanğın söndürülüb - FOTO / VİDEO Dünya

Türkiyədə bütöv bir kəndi əhatə edən yanğın söndürülüb  - FOTO / VİDEO

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində baş verən yanğın səhər saatlarında söndürülüb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı 60 ev yanıb, 30-a qədər iribuynuzlu heyvan tələf olub.

***

17 mart, saat 19:13

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində yanan evlərin sayı artıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, evlərin birində baş verən yanğın 60-a yaxın evə keçib.

Artvinin valisi Yılmaz Doruk yanğının nəzarət altına alındığını, ancaq təhlükənin hələ sovuşmadığını bildirib.

Yanğın baş verən evin yaxınlığında yaşayanlar təxliyə ediliblər.

***

18:22

Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.

Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.