“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
9 Aprel 2021 09:45
3 871
MDB və Avrasiya ölkələri onkoloqları və radioloqlarının XII qurultayı onlayn formatda keçirilir.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, forum MDB ölkələrinin Onkologiya və radiologiya mərkəzləri və institutlarının direktorları Assosiasiyasının (ORIDA) 25 illiyinə həsr olunub.
Qurultayın işində dünyanın hər yerindən onkologiya, radiologiya, şüa terapiyası, cərrahiyyə və digər əlaqəli sahələr üzrə 5 mindən çox aparıcı mütəxəssis iştirak edir.
Məruzəçilər və qonaqlar əczaçılıq preparatları və tibbi avadanlığın aparıcı yerli və dünya istehsalçılarının əksəriyyətinin iştirak etdiyi ixtisaslaşdırılmış onlayn-sərgini ziyarət edə biləcəklər.
Qurultayın işinin yekunlarına əsasən iştirakçıların çıxışlarının tezislərinin elektron toplusu buraxılacaq.