Türkiyədə son sutkada koronavirusdan 43 253 nəfər sağalıb Dünya

Türkiyədə son sutkada koronavirusdan 43 253 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 339 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 39 737 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 37 674 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 788 700 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 43 253 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 255 714 nəfər təşkil edir.