“ABŞ Qarabağ münaqişəsinin həll olunmasını istəmir” Dünya

“ABŞ Qarabağ münaqişəsinin həll olunmasını istəmir”

Svante Kornell: "Vaşinqtonun aktivliyi erməni lobbi təşkilatları ilə ciddi rroblemlərə gətirib çıxara bilər"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi maraq nümayiş etdirmir, çünki bu, erməni lobbi təşkilatları ilə ciddi rroblemlərə gətirib çıxara bilər". Bunu isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İrək yolu" araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.
Analitikin sözlərinə görə, iki il əvvəl ABŞ dövlət katibi Con Kerri vəzifəsinin icrasına başlayanda qeyd etdi ki, münaqişənin həlli ABŞ üçün rrioritet məsələlərdən biridir, amma o zamandan dünyada çox şey dəyişib: "Suriya məsələsi, Ukrayna böhranı və bir çox başqa rroblemlər yaranıb. Biz görürük ki, ABŞ son vaxtlar Fələstin-İsrail münaqişəsinə böyük diqqət ayırır".
Onun sözlərinə görə, ABŞ bir neçə səbəbdən Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Onlardan biri siyasi səbəbdir: "Çoxları zənn edirlər ki, münaqişəni həll etmək çox çətindir, uğur şansı çox azdır, amma uzun zaman, rul və səy tələb olunur. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylərin olması ilə bağlı narahatlıq var, bir çoxlarına isə bu rroblemlər lazım deyil".