"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
2 İyun 2021 10:42
2 814
İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xark gəmisi ölkənin cənubunda Oman körfəzində yanaraq batıb.
Trend-in məlumatına görə, bu barədə İran Ordusu açıqlama yayıb.
Məlumata görə, Xark gəmisində baş verən yanğını söndürmək mümkün olmayıb və gəminin ekipajı xilas edilib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Qeyd edək ki, 33 min tonluq yanacaq təminatı və dəstək gəmisi olan Xark gəmisi 1977-ci ildə Britaniyada hazırlanıb və 1984-cü ildə İrana təhvil verilib. Bu gəmi İran ordusunun Məkran gəmisindən sonra ikinci gəmisi hesab olunurdu. Gəmi generator və buxar sistemi ilə saatda 6 min kilovat saat elektrik istehsal edə bilirdi.
28 Sentyabr 17:04
749
28 Sentyabr 15:29
798
28 Sentyabr 15:07
868