"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
7 İyun 2021 15:22
6 825
ABŞ-da 40 milyondan çox borc alanın COVID-19 pandemiyası ilə əlaqədar dondurulmuş kreditlərinin ödəmə vaxtı oktyabrın 1-dən başlayır.
"APA-Economics" "Bloomberg"ə istinadən xəbər verir ki, Nyu-York Federal Ehtiyat Bankının məlumatlarına görə, dondurulmuş kredit ödənişlərinin ortalama aylıq məbləği 7 mlrd. dollara bərabərdir. Bildirilir ki, oktyabrın 1-dən kreditlər üzrə aylıq ödənişlərin yenidən bərpa edilməsi amerikalıların ailə büdcələrinin böyük hissəsini apararaq, istehlak bazarındakı bərpaya maneə olacaq.
Qeyd edilir ki, hazırda ABŞ-dakı tələbələrin təhsil kreditlərinin həcmi 1,7 trln. dollar təşkil edir və bu, əhalinin kredit kartları üzrə öhdəliklərinin həcmindən 2 dəfə çoxdur. Hazırda ABŞ-da işsiz əhalinin sayı pandemiyadan əvvəlki səviyyədən 7,6 mln. nəfər çox olmasının və onlar arasında tələbələrin çoxluq təşkil etməsini nəzərə alsaq, təhsil kreditlərinin ödənməsi xüsusi ilə çətinləşəcək.
28 Sentyabr 17:04
714
28 Sentyabr 15:29
777
28 Sentyabr 15:07
847