Rusiya Tiflisi hədələdi Dünya

Rusiya Tiflisi hədələdi

Sergey Lavrov: "NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görəcək"

"NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görməyə hazırdır".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya cəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Əgər bu istiqamətdə praktiki addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik", - deyə o vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, artıq Gürcüstanın NATO-ya çəkilməsi istiqamətində müəyyən addımlar müşahidə olunur.
Xatırladaq ki, alyansla Tiflis arasında Gürcüstanda birgə hərbi təlimlərin keçirilməsi haqda razılıq əldə olunub.