CAR-da koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır Dünya

CAR-da koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Cənubi Afrika Respublikasında üçüncü koronavirus dalğasının pik həddi sona çatıb. Hökumət dörd həftə ərzində ölkədə tətbiq olunan bir sıra tədbirləri yumşaldılmasına dair qərar qəbul edib.

TASS-ın verdiyi məlumata görə, bu barədə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa hökumət portalında yayımlanan xalqa müraciətində bildirib.

CAR-da son məlumatlara əsasən, koronavirusa yoluxanların sayı 2 377 823 ,dünyasını dəyişənlərin sayı isə 69 775 nəfərə çatıb. Bu göstəricilərə görə ölkə Afrikada birinci yerdədir.

.