Əfqanıstan hərbi təyyarəsi Özbəkistanda qəzaya uğrayıb Dünya

Əfqanıstan hərbi təyyarəsi Özbəkistanda qəzaya uğrayıb

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Özbəkistanda qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, faktı Özbəkistan Müdafiə Nazirliyi təsdiqləyib.
Bildirilib ki, Özbəkistanın Əfqanıstanla sərhəd Surxandərya vilayətinin Şerobod rayonunda Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

"Hazırda hadisənin təfərrüatları öyrənilir, bu barədə daha sonra məlumat veriləcək", - Müdafiə Nazirliyindən deyilib.

Qəzaya uğrayan təyyarənin və ən azı bir yaralı hərbçinin video və fotoşəkilləri sosial mediada yayılıb.

"Gazeta.uz"un Surxandəryadakı mənbəsi iki Əfqanıstan hərbçisinin Respublika Təcili Tibbi Yardım Mərkəzinin Termiz şöbəsinə köçürüldüyünü bildirib.

Təsdiqlənməmiş məlumatlara görə, təyyarədə olanlar paraşütlə tullanmağa nail olublar.