Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
20 Sentyabr 2021 13:03
3 794
Rusiya Prezidenti Vladimir Putin Perm universitetində atışma zamanı ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
“Xalq Cəbhəsi” xəbər verir ki, bunu Prezidentin sözmücü Peskov deyib.
Xatırladaq ki, bu gün Perm Dövlət Universitetində baş verən atışma qurbanlarının sayı 8-ə yüksəlib.
Məlumata görə, 18 yaşlı Timur Bekmansurov bazar ertəsi səhər Perm Dövlət Universitetində atəş açmağa başlayıb. Tələbələr binanın pəncərələrindən tullanaraq qaçıblar. Binanı tərk edə bilməyənlərdən sinif otaqlarında barrikada qurublar.
Polislər atəş açan şəxsi yaralayıblar. O, aldığı yaradan yerindəcə ölüb.
Elm və təhsil naziri Valeri Falkov hadisə yerinə gəlib. Universitetə hücum faktı ilə əlaqədar olaraq iki və ya daha çox adamın öldürülməsi ilə bağlı cinayət işi başlanıb.
Cavid