ABŞ Ermənistanda bir çox proqramların maliyyələşdirilməsini dayandırıb Dünya

ABŞ Ermənistanda bir çox proqramların maliyyələşdirilməsini dayandırıb

Ermənistanın baş naş naziri rəsmi Vaşinqtonun qərarından narahatlığını bildirib

Cavid

ABŞ hökuməti Ermənistanda həyata keçirdiyi bir çox proqramların maliyyələşdirilməsini dayandırıb. Bu barədə ABŞ-ın İrəvandakı səfiri Riçard Mills Ermənistanın baş naziri Ovik Abraamyan ilə görüşdə deyib.
Erməni baş naş nazir isə ABŞ-ın demokratik institutlarının və Ermənistan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına yönəldilmiş proqramların reallaşdırılması üçün ayrılan vəsaitin dayandırılmasından narahatlığını gizlətməyib. O deyib ki, ABŞ tərəfindən müxtəlif sferalarda Ermənistana göstərilən ardıcıl köməyi bizim üçün çox əhəmiyyətli idi.
R.Mils qarşılıqlı təsirlərin dərinləşməsinin əhəmiyyətini vurğulayıb və təəssüflə deyib ki, ABŞ kənd təsərrüfatı, energetika və turizm sahəsində infrastrukturların, vətəndaş cəmiyyətinin və demokratik dəyərlərin inkişafına yönəldilmiş birgə proqramların icrasını bundan sonra davam etdirməyəcək.
Səfir söyləyib ki, ABŞ hökuməti müxtəlif beynəlxalq problemləri nəzərə alaraq dünyanın müxtəlif ölkələrində, o cümlədən Avropa dövlətlərində və Ermənistanda reallaşdırılan bəzi proqramların maliyyələşdirilməsini azaltmağa qərar verib.
Görüşdə iştirak edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) İrəvan ofisinin rəhbəri Karen Xiliard vurğulayıb ki, indi USAID üçün idarə sisteminin inkişafına yönəldilmiş proqramların reallaşdırması prioritet olmayacaq. Maliyyənin azalması kiçik və orta biznes, demokratik institutlar, korrupsiyaya qarşı mübarizə, həmçinin Ermənistanın sərhəd icmalarında sosial proqramların icrasının üstündən qırmızı xətt çəkəcək.
Beləliklə, dilənçilik xislətini bir daha nümayiş etdirən Ovik Abraamyanın yalvarışları heç bir səmərə verməyib. Təbii ki, ABŞ-ın bu davranışı başa düşüləndir, çünki heç bir maraq doğurmayan Ermənistana və onun rəhbərliyinə yardım verilməsinin səmərəsi və mənası yoxdur. Həm də ona görə ki, bunlar tarix boyu yedikləri çörəyə və onun sahibinə təpik atıb, necə deyərlər, ipi qırıq çıxıblar.