Ərdoğan Stoltenberqin xatirələrinə münasibət bildirib: Qonaqlarımıza qarğıdalı təklif edirik
Urmiyada qaz sızması partlayışa səbəb olub, yaralananlar var
Yardımlı–Deman–Arvana avtomobil yolunun təmirinə 2 milyon manat ayrılıb
Nazir müavini: Zəngəzur dəhlizi regional ticarətin potensialını böyük ölçüdə artıracaq
İşsizlərin icbari tibbi sığorta haqqını özlərinin ödəyəcəyi barədə məsələyə aydınlıq gətirilib
5 Oktyabr 2021 10:17
2 429
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dövlət sərhədini sentyabrın 29-da qanunsuz keçib.
«Xalq Cəbhəsi» xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, siyasətçi sərhədi keçəndən sonra iki ittiham olunan şəxs öz avtomobillərində onu Sameqrelo bölgəsində bir kəndə aparıblar. Daha sonra M.Saakaşvili Tbilisiyə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. O, okyabrın 1-də həmin ünvanda saxlanılıb.
Məlumat üçün bildirək ki, E.Tsomaya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Yaxalanan daha iki şəxsin ata-oğul olduğu məlum olub. Yerli mətbuatın yazdığına görə, həmin şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Hər üç şəxs cinayəti gizlətməkdə ittiham olunur, onları 5 ilədək müddətə həbs gözləyir.
Cavid