Britaniyada "omikron" ştammına yoluxma hallarının sayı 336-ya çatıb Dünya

Britaniyada "omikron" ştammına yoluxma hallarının sayı 336-ya çatıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusun yeni "omikron" ştammına daha 90 yoluxma halı qeydə alınıb.

Bu barədə Birləşmiş Krallığın Səhiyyə sahəsində Təhlükəsizlik Agentliyindən bildribirlə.

Məlumata əsasən, ümumilkdə Britaniyada koronavirusun "omikron" ştammına yoluxma hallarının sayı 336-ya çatıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.