“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
7 Yanvar 2022 15:22
3 444
“Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənməkdədir. Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir.
Qeyd edək ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar: “Orta əmək haqqı məbləğinə görə də, Ukraniya ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir.
Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47300 dollardan 41 400 dollaradək ucuzlaşıb.
Bütün bunlar fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.