“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
17 Yanvar 2022 11:54
2 632
Fransada yaşayan qaçaq qazax bankir Muxtar Ablyazov RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, o, Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlayıb, ölkənin baş naziri olmaq istəyir və Qərbdən kömək istəmək niyyətindədir.
"Biz plan işləyib hazırlamışıq, rejim dəyişikliyinə nail olacağıq. Mən altı ay müddətinə Qazaxıstanın müvəqqəti hökumətinə başçılıq edəcəyəm. Bundan sonra seçkilər elan olunacaq. Əgər partiyamız bu seçkilərdə qalib gəlsə, o zaman mən qanuni baş nazir olacam. Prezident postu olmayacaq. Biz bu vəzifəni ləğv edirik”.
Maliyyəçinin sözlərinə görə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilsə də, respublikaya qayıtmağı planlaşdırır. O, bunun yaxın gələcəkdə baş verəcəyini istisna etməyib.
Ablyazov Qərb liderlərindən də dəstək almağı planlaşdırır.
Siyasətçi qeyd edib ki, hazırda daimi olaraq Fransada yaşayır. O, Qazaxıstan hakimiyyətinin təqiblərindən qorxaraq başqa ölkələrə getmir. Məhkəmə onu cinayətkar birlik yaratmaqda və BTA Bankın vəsaitlərini mənimsəməkdə təqsirli bilib, dəymiş ziyan 7,5 milyard dolları ötür. Onun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı respublikada ekstremist təşkilat kimi tanınıb. Bundan əlavə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2019-cu ildə bankir prezident seçkiləri günü böyük etirazların təşəbbüskarı olub.
Cavid