

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ prezidentinin dəyişdirilməsindən sonra Ukrayna ətrafında gərginlik artmağa başlayıb. Bunu ABŞ respublikaçı senator Ted Kruz deyib. “The Hill”ə müsahibəsində o qeyd edib ki, Rusiya Federasiyası heç vaxt Ukraynaya hücum etmək niyyətində olmayıb. Və yalnız Co Bayden "əlini Müqəddəs Kitaba qoyanda", ştatlara rəhbərlik edəndə eskalasiya başladı. "Niyə Rusiya 2017-ci ildə Ukraynaya hücum etmədi? Niyə 2018, 2019, 2020-ci illərdə bu baş vermədi? Nə dəyişdi?", - deyə Kruz soruşdu. Onun fikrincə, Bayden Birləşmiş Ştatlarda hakimiyyətə gəldikdən dərhal sonra “zəiflik və razılıq” nümayiş etdirdi. Senator qeyd edib ki, Amerika lideri Ukrayna böhranının günahkarı hesab edilməlidir. Qərb mediası mütəmadi olaraq Rusiya Federasiyasının Ukraynaya gözlənilən “işğalından” yazır. Kreml dəfələrlə Rusiyanın başqa dövlətlərə qarşı aqressivlik nümayiş etdirməyəcəyi barədə məlumat verib.
Cavid