İsrailin baş naziri Bəhreynin vəliəhdi ilə görüşüb Dünya

İsrailin baş naziri Bəhreynin vəliəhdi ilə görüşüb

İsrailin baş naziri Naftali Bennet Bəhreynə ilk səfəri çərçivəsində Krallığın baş naziri vəliəhd şahzadə Salman bin Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

Bu barədə İsrailin baş nazirinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, İsrailin baş naziri fevralın 14-ü tarixdə ilk dəfə Bəhreynə rəsmi səfərə gəlib. Fevralın 15-i Naftali Bennet Bəhreynin yəhudi icmasının liderləri, ABŞ-ın Beşinci Donanmasının komandanı, vitse-admiral Bred Kuper, həmçinin Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Əbdüllətif bin Rəşid Al Zəyani və bir sıra digər nazirlər ilə görüşlər keçirib.