Kaspşik işğal zonasına səfər edib Hadisə

Kaspşik işğal zonasına səfər edib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərində olub.
APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, ATƏT nümayəndəsi burada Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.
Görüşdə qoşunların təmas xəttindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizama salması üzrə danışıqlar prosesinə aid olan bir sıra məsələlər müzakirə olunub.