Qənirə Paşayeva Türk Dünyası gəncliyinə Qarabağ çağırışı edib Hadisə

Qənirə Paşayeva Türk Dünyası gəncliyinə Qarabağ çağırışı edib

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir"

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Türk Dünyası gəncliyinə birlik və Qarabağ çağırışı edib. Millət vəkili Türkiyədə Beynəlxalq Dədə Qorqud Beynəlxalq Festivalı çərçivəsində Beşpınarda çıxış edərək, ziyalılara səslənərək ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib.
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva çıxışında Türk dünyasının ən böyük problemlərindən biri olan Qarabağ problemindən, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:"Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna, öz evinə dönə bilməyən qaçqın və məcburi köçkün qardaş-bacılarımız mövzusuna daha həssas yanaşmağa çağırıb".
Q.Paşayeva Azərbaycanı, o cümlədən Qarabağ həqiqətlərini yerində görmək üçün tədbir iştirakçılarını ölkəmizə dəvət edib. Azərbaycanın keçdiyi yol, bütün istiqamtətlərdə inkişafı, getdikcə daha da genişlənən Azərbaycan-Türkiyə münasibətləri barədə geniş çıxış edən millət vəkili çıxışının sonunda isə inşallah Beynəlxalq Dədə Qorduq Festivalını gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək deyib. O, həmçinin tədbirin iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.