Çexiya Ukraynaya PUA-larla mübarizə üçün 16 təyyarə verə bilər Dünya

Çexiya Ukraynaya PUA-larla mübarizə üçün 16 təyyarə verə bilər

Çexiya Rusiya dronları ilə mübarizə aparmaq üçün Ukraynaya böyük ehtimalla 16 döyüş təyyarəsi verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "iDNES" nəşri məlumat yayıb.

Çexiyanın Baş nazirinin müavini və sənaye naziri Karel Qavliçekin sözlərinə görə, artıq 4 təyyarə üzrə razılıq əldə olunub, daha 12 təyyarə ilə bağlı isə "ilkin razılaşma" mövcuddur. O, bu barədə Kiyevdə Koretski ilə görüşdən sonra bildirib.

"L-39 Skyfox" reaktiv PUA-ların ələ keçirilməsi üçün xüsusilə faydalı ola biləcək təlim-döyüş təyyarələridir. Bundan əlavə, Qavliçek Ukrayna tərəfi ilə energetika sahəsində əməkdaşlığı, zədələnmiş infrastrukturun bərpasını və Çexiya şirkətlərinin Ukraynada qaz hasilatını genişləndirməsi məsələlərini müzakirə edib.

Məryəm Quliyeva