Uitkoff və Kuşneri daşıyan ABŞ təyyarəsi Moskvaya enib Dünya

Uitkoff və Kuşneri daşıyan ABŞ təyyarəsi Moskvaya enib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və emissar Cared Kuşnerin gözlənilən səfəri fonunda Amerika təyyarəsi Əbu-Dabidən Moskvaya gəlib.

Xalqcebhesi.az -ın məlumatına görə, bu barədə TASS agentliyinin Vnukovo hava limanındakı müxbiri məlumat verib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin günün birinci yarısında amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcəyi bildirilmişdi. Rusiya liderinin köməkçisi Yuri Uşakov protokol baxımından görüşün "həmişəki kimi" keçiriləcəyini qeyd etmişdi.

Bundan əvvəl Kuşner Uitkoffla birlikdə Moskvaya gedəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, onlar Rusiya Prezidenti ilə 10-11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna üzrə keçirilən üçtərəfli danışıqlarda qaldırılan mövzuları müzakirə etməyi planlaşdırırlar. Daha sonra Uitkoff və Kuşner Volodimir Zelenski ilə görüşmək üçün Dublinə getmək niyyətindədirlər.

Məryəm Quliyeva