Ukraynada mühasirəyə düşən azərbaycanlı özünü öldürdü Hadisə

Ukraynada mühasirəyə düşən azərbaycanlı özünü öldürdü

Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb.
Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.
Vahid Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqasvimət göstərən iş adamlı ilə quldurlar arasında atışma baş verib. V. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. Vahid Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.
Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir.