Pezeşkiyan: İran sülh naminə ABŞ ilə dialoqun əleyhinə deyil Dünya

Pezeşkiyan: İran sülh naminə ABŞ ilə dialoqun əleyhinə deyil

İran heç vaxt müharibələrin təşəbbüskarı olmayıb və sülh naminə danışıqlardan imtina etməyib, lakin təhdidlər yaranacağı təqdirdə öz maraqlarını və suverenliyini qətiyyətlə müdafiə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bəyan edib.

"İran heç vaxt heç bir müharibənin təşəbbüskarı olmayıb və həmişə diplomatiyaya, danışıqlara sadiqliyini nümayiş etdirib. Bununla yanaşı, xalqın əvvəlki təcavüzlər qarşısındakı dözümlülüyü sübut etdi ki, İran İslam Respublikası sülh naminə dialoqdan yayınmır, lakin ölkənin suverenliyini və bütövlüyünü müdafiə etmək üçün sonadək dayanmağa hazırdır", - deyə o, BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirib.

Məryəm Quliyeva