Azərbaycan Fransa telekanalını məhkəməyə verir Hadisə

Azərbaycan Fransa telekanalını məhkəməyə verir

Azərbaycan tərəfi sentyabrın 7-də Fransanın "France 2" telekanalında yayımlanan və ölkəmizə qarşı böhtan xarakteri daşıyan "Cast Investigation" verilişinin nümayişindən sonra bu telekanala qarşı iddia qaldırmaq niyyətindədir.
Bu barədə vəkil Olivye Pardo "France-Presse" agentliyinə açıqlamasında məlumat verib.
Azərbaycan rəhbərliyi adından çıxış edən fransız vəkil Olivye Pardo bəyan edib ki, jurnalistlər Eliz Lyuse və Loran Rişar proqram ərzində Azərbaycanın ünvanına əsassız, sübutlara söykənməyən mövqedən çıxış ediblər.
Qeyd edək ki, sentyabrın 7-də "France 2" telekanalında "Cash Investigation" həftəlik araşdırma proqramı çərçivəsində Azərbaycanla bağlı sujet yayımlanmış və bu proqram ərzində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilərək birtərəfli, böhtan xarakterli məlumatlar səsləndirilmişdir.
Vəkil qeyd edib ki, Azərbaycan bu hadisəyə dözmək niyyətində deyil və ona şər atanları məhkəməyə verəcək.