“O olmasın, bu olsun...” Hadisə

“O olmasın, bu olsun...”

Əli Kərimlinin "Guardian" biabırçılığı


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin siyasi fəaliyyətində biabırçı hal baş verib.
Əli Kərimli Britaniyanın məşhur "The Guardian" nəşrinin ondan açıqlama aldığını iddia edib. Lakin ortaya çıxan faktlar onun yalan danışdığını sübut edir. Belə ki, "Azadlıq" qəzeti iddia edib ki, Britaniyanın məşhur "The Guardian" qəzeti milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından yazıb. Xüsusilə vurğulanır ki, qəzet prezidentin sərəncamına müxalif liderlərdən də münasibət öyrənib. "The Guardian" baş vermiş hadisə ilə bağlı Əli Kərimlidən də açıqlama alıb.
Amma ortaya çıxan faktlara görə, Əli Kərimlidən açıqlama alan nəşr Britaniyanın nüfuzlu "The Guardian" qəzeti yox, dünyada heç kimin ciddi saymadığı bir nəşr – Nigeriyanın "The Guardian" qəzetidir.