“Azərspace-1” peyki Ukrayna kanallarını yayımlayacaq Hadisə

“Azərspace-1” peyki Ukrayna kanallarını yayımlayacaq

Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynanın "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azərspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.
"APA-Economics"in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ÇP INFO" kimi TV kanallarının daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.
Qeyd edək ki, "Azərspace-1" peyki Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.