Həyatını itirmiş neftçilərimizin xatirəsi Türkiyədə yad edildi Hadisə

Həyatını itirmiş neftçilərimizin xatirəsi Türkiyədə yad edildi

Qardaş Türkiyədə "Günəşli" yatağında baş vermiş qəza nəticəsində həyatını itirmiş neftçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qardaş Türkiyədə "Günəşli" yatağında baş vermiş qəza nəticəsində həyatını itirmiş neftçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Boluda keçirilən və millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın da açılışında çıxış etdiyi "Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət" adlı tədbirin açılışında çıxış edən Türk Ocaqları rəhbərliyi qardaş Azərbaycanın üzüntüsü, acısı bizim də üzüntümüz, acımızdır deyib və həyatını itirmiş neftçilərə Allahdan rəhmət, ailələrinə səbr diləyib və qardaş Azərbaycana bir daha belə acılar yaşamamasını diləyirik deyiblər.
Qardaş ölkə siyasətçilərinin, ictimai fəallarının, KİV və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxışında millət vəkili Qənirə Paşayeva qardaş Türkiyəyə acımızı bölüşdüyünüz üçün minnətdarıq deyib. Həyatını itirmiş qardaşlarımıza Allahdan rəhmət , ailələrinə səbr diləyirəm və Azərbaycanın və qardaş Türkiyənin bir daha belə acılar yaşamamasını diləyirəm deyən millət vəkili Q. Paşayeva tədbirdə Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri ilə yanaşı, bölgədə getdikcə daha da gərginləşən vəziyyət ətrafında da geniş mühazirə ilə çıxış edib.

Türkiyədəki qardaş-bacılarımız bilsinlər ki, Türkiyə sərhədlərindən kənarda lazım gələrsə qardaş Türkiyə üçün canını belə qurban verməyə hazır milyonlarla Türk insanı var. Hər zaman Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyirik. Çünki biz birlikdə bu çoğrafiyada,müxtəlif dövlətlərin ərazisində üzüntü, kədər içində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq."