9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Avropa İttifaqı Ukraynada qadınların orduya cəlb olunmasını dəstəkləyir
Cənubi Koreya azad edilmiş ərazilərdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəyə başlayacaq
İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
13:11
315
İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 84 kiloqram 300 qram narkotik vasitənin və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınlıb.
Bildirilib ki, sentyabrın 10-da saat 01:35-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, saat 03:39-da isə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 29 kiloqram 900 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.